Sən demə "Barselona" sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir. Bu barədə klubun prezidenti Joan Laporta "Mundo Deportivo"ya açıqlamasında bildirib. O, 2021-ci ilin yayında komandadan ayrılmış 36 yaşlı hücumçuya 2025-ci ilədək məvacib verəcəklərini deyib: “Biz Lionel ilə əla bir şəkildə vidalaşacağıq. Bunu yeni "Kamp Nou"nun açılışında etmək ideal olardı. Biz ona 2025-ci ilə qədər maaş verməliyik, çünki o, əvvəlki rəhbərlik dövründə bu maaşı təxirə salmışdı”.
Mətləb