Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında ümumilikdə 11 medal qazanıblar. Bunlardan 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc medaldır. Bununla da yığmamız Avropa Oyunlarını 24-cü sırada başa vurub. 1-ci yeri 100 medal qazanan (35 qızıl, 26 gümüş, 39 bürünc) İtaliya tutub. İspaniya 2-ci (57 medal - 21 qızıl, 17 gümüş, 19 bürünc), Ukrayna isə 3-cü (41 medal - 21 qızıl, 12 gümüş, 8 bürünc) olub.
Mətləb