İsveçin “Djugarden” klubuna transfer olması aktuallaşan “Qarabağ”ın forvardı Musa Qurbanlı ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Belə ki, İsveç klubunun idman direktoru Bosse Andersson “Expressen” qəzetinə təsdiq edib ki, Musa Qurbanlı bazar günü Stoqholmda olub və komandanın oyununu izləyib: “Bizim danışıqlarımız var. O, mühüm seçim edir. Biz onun Stoqholma gəlməsi üçün icazə aldıq, bu gün (dünən - red.) də səfər gerçəkləşdi”. Qəzet yazdığına görə, transfer hələ yekunlaşmayıb. Amma “Djugarden” tərəfdən müqavilənin bağlanması üçün konkret maraq var. Musa barədə danışan Bosse Andersson daha sonra deyib: “Mənim onun haqda təəssüratım yaxşıdır. O, “Qarabağ” və milli komandada oynayır, çoxlu qol vurub” - deyə klub rəsmisi bildirib.
Qəzetin yazdığına görə, M.Qurbanlı “Djugarden”ə 6 milyon İsveç kronuna (bugünkü məzənnəyə uyğun olaraq 510 min avro - red.) başa gələcək. “Bu, klub tarixinin ən bahalı transferlərindən olacaq” - deyə qəzetin məlumatında bildirilir.
Mətləb