"Zenit"in baş məşqçisi Sergey Semak PARİ Premyer Kubokunda (“Matç TV Kuboku”) "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. O qeyd edib ki, sınaq matçı üçün yaxşı oyun oldu.O, Azərbaycan Premyer Liqasında ilk üç yeri tutan "Qarabağ", "Sabah" və "Neftçi"nin iddialı komanda olduğunu bildirib: “Neftçi” oyun səviyyəsi, intensivliyi və keyfiyyəti baxımından rəqabət aparmağa imkan verir. Əlbəttə ki, ev oyununun üstünlüyü müəyyən rol oynayır. "Neftçi" yaxşı rəqibdir, onlara qarşı oynamaq heç kimə asan olmayacaq. Həm “Qarabağ”, həm də “Neftçi” avrokuboklarda oynayır. Görək, uşaqlar orada necə çıxış edəcəklər".
Mətləb