"Fənərbaxça"nın keçmiş baş məşqçisi, keçən ay İstanbul klubunun sükanı arxasından ayrılan Jorje Jesus "Əl-Hilal"ın baş məşqçisi təyin olunub. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. İlk məlumatda əməkdaşlığın təfərrüatları açıqlanmayıb.
Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa” və “Flamenqo” kimi komandalarda çalışıb. 68 yaşlı mütəxəssis 2018/2019 mövsümündə “Əl-Hilal”ın baş məşqçisi olub.
Mətləb Salahov