İngiltərə futbolunda da transferlərin qızğın vaxtıdır. Avrokuboklar öncəsi bir sıra aparıcı futbol klubları futbolçu transferində fəallıq göstərirlər. "Çelsi"nin yarımmüdafiəçisi Kay Haverts "Arsenal"a keçib. Bu barədə jurnalist Fabirisio Romano məlumat yayıb. London təmsilçisinin almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Haverts İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə 35 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.
Mətləb