Sürpriz şəkildə "İnter Mayami"yə keçən argentinalı futbol ulduzu Lionel Messi karyerası ilə bağlı fikirlərini bölüşüb. "Barca Universal"ın yazdığına görə, L.Messi əsas məqsədi barədə danışıb: “Mən qarşıma qoyduğum ən vacib hədəfə nail oldum. Bu, Argentina ilə dünya çempionatının kubokunu qazanmaq idi. Bu inanılmaz idi. Mən fərdi mükafatlara görə heç vaxt narahat olmamışam. Mən artıq şəxsi rekordlarımı izləmirəm".
Mətləb