"Atletiko"nun futbolçusu Antuan Qrizmann "Əl-Nəsr"in diqqətini çəkib."Foot Mercato" bu barədə məlumat yayıb. Xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanı klubu müqaviləsində 25 milyon avroluq sərbəst qalma maddəsi olan fransalı hücumçunu almaq imkanlarını araşdırır .
Bununla bağlı klub nümayəndələri artıq Londonda 32 yaşlı oyunçunun agenti ilə görüşüblər.
Mətləb