Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappe barədə danışıb. Xarici KİV-lərin məlumatında deyilir ki, Z.Zidan gənc futbolçuya heyran olduğunu bildirib. Keçmiş fransalı yarımmüdafiəçi K.Mbappenin karyerasında birdən çox “Qızıl top” qazanacağına ümid etdiyini söyləyib.
“Onun etdikləri inanılmazdır. Ümid edirəm ki, o, çoxlu Ballon d'Or qazanacaq. Onun etdiyi sadəcə fantastikdir: klub və milli komanda üçün. Mbappeyə həqiqətən heyranam”, - deyə Zidan qeyd edib.
Mətləb