Təcrübəli futbol mütəxəssisi Rafael Benites məşqçilik fəaliyyətini futbol üzrə İspaniya La Liqasında davam etdirəcək. Tanınmış mütəxəssis "Selta"nın baş məşqçisi təyin olunub. La Liqa təmsilçisinin saytında yer alan məlumatda deyilir ki, mütəxəssislə 3 illik müqavilə imzalanıb. R.Benites yeni klubunun hazırlıq prosesinə gələn ay qoşulacaq.
Mətləb