Daha bir idmançımız Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb. Belə ki, karateçimiz İrina Zaretska 68 kq-da çıxış edən təmsilçimiz finalda Yelena Kuiriçə (İsveçrə) 4:1 hesabı ilə qalib gəlib. O, bundan əvvəlki mərhələlərdə Qalina Melniki (Ukrayna), Anita Makyan (Ermənistan), Alize Ajyeni (Fransa) məğlub edib. Bununla da, o, karyerasında ikinci dəfə Avropa Oyunlarının qalibi olub.
Mətləb