Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun bacısı Katya Aveyro öz İnstaqram hesabında paylaşım edib. Məşhur futbolçunun bacısı qardaşının həyat yolundan yazıb: “Ronaldo qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atası kimi olmamaq qərarı verdi. Buna görə də Kriştiano heç vaxt bir damla spirtli içki içməyib. Ronaldo dünyanın zirvəsinə qalxmaq istəyirdi. O, bütün uğursuzluqlara baxmayaraq, qalibdir. Ronaldonun səliqəsiz dişləri, sızanaqları və arıq bədəni var idi. Ancaq o, eyni təbəssüm və eyni daxili gücə sahib idi.
Ronaldo milyonçudur. Qalan günlərində istədiyi hər şeyi edə bilər. Amma Kriştiano Ronaldo çalışır, durmadan çalışır.”
Mətləb