"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında "Sevilya" ilə oyunda hakimləri təhqir etdiyinə görə cəzalandırılıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 60 yaşlı portuqaliyalı mütəxəssis növbəti avrokubok mövsümü üçün 4 oyunluq cəzalandırılıb. Yəni, "Roma" 2023/24 mövsümündə qrup mərhələsinin matçlarının yarıdan çoxunu Mourinyo olmadan keçirəcək.
Mətləb