Bu gün futbol üzrə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bununla da "Neftçi", "Qəbələ" və "Sabah"ın rəqibləri bəlli olacaq. "Neftçi" səpənlənmişlər, "Sabah" və "Qəbələ" isə səpələnməmişlər sırasında yer alacaq. 2-ci mərhələdə 90 komanda iştirak edəcək. Onlardan 59-nun adına aydınlıq gəlib. Digər 31 komanda isə 1-ci təsnifat mərhələsinin nəticələrinə əsasən məlum olacaq. Həmin 31 komandadan 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində yer alacaq.
Mətləb