Madrid "Real"ının yeni hücumçusu Xoselunun forma nömrəsi açıqlanıb. İspaniya mətbuatının yazdığına görə, 33 yaşlı oyunçu 14 nömrəli forma ilə çıxış edəcək. Madrid təmsilçisi ispan futbolçunu "Espanyol"dan 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.
Müqavilədə "Real"ın onu birdəfəlik transfer etmək hüququ ilə bağlı bənd də var. Qeyd edək ki, Xoselu 2011-2012 mövsümündə "Real"da çıxış edib.
Mətləb