Ərəb klublarının ulduz futbolçuları astronomik qiymətə satın alması artıq dünya futbolunu mənasız personaja çevirib. Həm futbola maraq itib, həm də "hər şey puldur" prinsipini hakim kəsdirib dünya futboluna. Amma ərəblərin fantastik təkliflərini geri çevirən, öz futbolçu imicini yüksək tutanlar da tapılır. 2012-ci ildən bəri Madrid "Real"ında çıxış edən, kral klubu ilə düz 5 dəfə UEFA Çempionlar Liqasını başı üzərinə qaldıran, ən əsası 37 yaşında hələ də oynadığı futbol ilə diqqətləri cəlb edən Luka Modriç Səudiyyə Ərəbistanının "Al Hilal" klubunun 200 milyon avroluq təklifini rədd edib. Xorvatiyalı ulduz futbolçu koryerasını Avropada davam etdirəcəyini açıqlayıb.
Mətləb Salahov