Almaniyanın "Bavariya" futbol klubunun yay transfer siyahısı məlum olub. Belə ki, Münhen təmsilçisi müdafiəni gücləndirmək üçün 4 namizədi nəzərdən keçirir: Bunlar Kim Min Jae ("Napoli"), Pau Torres ("Vilyarreal"), Mikki van de Ven ("Volfsburq") və Kayl Uoker ("Mançester Siti"). Yarımmüdafiəçilər arasında “Bavariya” Pyer-Emil Heyberq (“Tottenhem”) və Kay Havertsi (“Çelsi”) üstün tutur. Amma “pivəçilər”in əsas transfer hədəfi kimi “Tottenhem”in forvardı Harri Keyndir. Alman klubu ingilis təmsilçisi ilə bu futbolçunun transferi üçün xüsusi danışıqlar aparır. Xatırladaq ki, “Bavariya” hələ keçən ildə H.Keyni transfer etmək istəyib. Lakin o zaman ingilis klubu təklif olunan yüksək məbləği geri çevirmişdi.
Mətləb