Argentinalı ulduz futbolçu Lionel Messi DÇ-2026-da iştirak etməyəcəyi ilə bağlı bir neçə gün əvvəl səsləndirdiyi fikirləri şərh edib. "TyC Sports" xəbər verir ki, 35 yaşlı futbolçu bildirib ki, Dünya Kuboku haqqında düşünmək hələ tezdir: "Yaşıma və vaxta görə orada oynamaq mənim üçün çətin olacaq. Qarşıda hələ seçmə mərhələ oyunları, Amerika Kubokunun matçları var. Odur ki, Dünya Kuboku haqqında düşünmək hələ tezdir”.
Mətləb