"Barselona" ciddi qənaət rejiminə keçir. Artıq katalon klubunda maaş fondunu daha da azaltmaq niyyətindədirlər. Bu barədə sport.es məlumat yayıb. Klub maaş xərclərini illik 450-470 milyon avroya qədər endirməyi planlaşdırır. "Barselona" bunu növbəti mövsümün əvvəlinə qədər etmək niyyətindədir. 2021/22 mövsümündə "Barselona"nın maaş ödənişinin həcmi 656 milyon, 2022/23 mövsümündə isə 530 milyon olub. Xərclərin azalması Serxio Buskets, Jordi Alba, Jerar Pike və Memfis Depayın komandadan getməsi ilə bağlıdır.
Növbəti addım isə başqa klublara icarəyə verilmiş futbolçularla yolları ayırmaq və daha 50 milyon avroya qənaət etməkdir. Bunlar Kleman Lanqle, Samuel Umtiti, Serginyo Dest, Aleks Kollado və Qustavo Mayadır. Bir sözlə “Barselona” sözün əsl mənasında “kəmərsıxma” dövrünə girir…
Mətləb Salahov