"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo keçmiş komanda yoldaşı Kərim Benzemanın Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçidinə münasibət bildirib.
Bu barədə "Fourfourtwo" nəşri yazır. Məlumatda deyilir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatına Avropadan hələ çox oyunçu gələcəyini deyib: “Benzemanın "Əl-İttihad"a keçməsi məni təəccübləndirmədi, amma bütün dünyada insanların Səudiyyə Ərəbistanı Liqasını izlədiyini görməkdən çox şadam. İnanıram ki, liqa inkişaf etməyə davam edəcək və bura Avropanın liqalarından çox oyunçu gələcək.”
Mətləb