Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinqini açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, siyahıda 302 komanda yer alıb. Cədvəldə Azərbaycan təmsilçilərindən cəmi 2 klub - "Qarabağ" və "Neftçi" var. "Qarabağ" 138,5 xalla 71-ci sırada qərarlaşıb. Ağdam təmslçisi ötən ayla müqayisədə 4 pillə geriləyib. "Neftçi" 21 pillə irəliləyərək 67 xalla 287-ci olub.
Cədvəldə “Real” (İspaniya) 313 xalla birincidir. "Mançester Siti" (İngiltərə) 279 xalla 2-ci, "Flamenqo" (Braziliya) 278 xalla 3-cüdür.
Mətləb