Türkiyə İstanbulda keçirilən UEFA Çempionlar Liqası finalından 200 milyon dollar qazanc əldə edib. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib. O, İstanbulda keçirilən 2022/23 mövsümü Çempionlar Liqasının finalının Türkiyəyə nə qədər pul qazandırmasından danışıb. “Dünyanın hər yerindən finala baxmaq üçün ölkəmizə qonaqlar gəlib. Türkiyə iqtisadiyyatı bu matça görə 200 milyon dollar dəyərində pul qazanıb” - deyə o vurğulayıb.
Mətləb