Bədii gimnastlarımız daha bir uğura imza atıblar. Belə ki, gənc idmançılarımız Misirin Qahirə şəhərində keçirilən "Pharaoh’s Cup" beynəlxalq turnirində uğurlu çıxış ediblər. Gənc idmançılarımızdan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 ip və 5 topla hərəkətlərin icrasında gümüş, fərdi gimnast Nuray Əhmədzadə isə lentlə hərəkətlərin icrasında bürünc medal qazanıb.
Mətləb