Bir neçə gün bundan qabaq İstanbulda UEFA Çempionlar Liqasının Kubokunu qazanan "Mançester Siti"nin futbolçusu Kayl Uoker uşaqlıq illəri barədə danışıb. İngilis klubunun rəsmi saytında yer alan məlumatda ulduz futbolçu acınacaqlı keçən uşaqlıq illərini, anasının böyük əziyyətlərlə onu böyütməsi barədə danışıb: “Mənim arzum gerçəkləşdi. Anam və atam tribunada idi. Biz Şeffilddənik. Bizim üçün həyat heç də asan olmayıb. Və bu anı ailəmlə yaşaya bilməyim xüsusi bir şeydir. Yadımdadır, anamın dondurma üçün bir funtu belə yox idi. Və mən çox minnətdaram ki, o, bütün bunları mənimlə yaşayır.”
Mətləb