"Fənərbaxça"da baş məşqçi dəyişikliyi olacaq. Dünən "Başakşehir" klubunu 2:0 hesabı ilə məğlub edən və futbol üzrə Türkiyə Kubokunu qazanan İstanbul klubunda Jorge Jesus dönəmi başa çatır. Dünənki qarşılaşmadan sonra media üçün açıqlama verən təcrübəli mütəxəssis artıq İstanbul klubu ilə müqaviləsinin müddətinin bitdiyini elan edib: "Müqaviləmiz başa çatdı. Artıq mən "Fənərbaxça"nın baş məşqçisi deyiləm. Koryeramda yeni uğurlu addım atmağı planlaşdırıram. Klubun rəhbərliyinə, azarkeşlərə təşəkkür edirəm."
Mətləb