"Qalatasaray"a ərəblərdən pis xəbərlər gəlməkdədir. Yenicə Türkiyə çempionu olan "cim-bom" əsas futbolçularından birini itirmək təhlükəsi ilə üz-üzədir. Belə ki, müqavilə ilə Fransa PSJ-sinə məxsus olan, icarə əsasında İstanbul klubunda çıxış edən Mauro İkardi "Əl Taavun" klubunun transfer hədəfindədir. "Qalatasaray" rəhbərliyi isə futbolçunu birdəfəlik transfer etmək üçün hərəkətə keçib. Xatırladaq ki, 30 yaşlı argentinalı forvardın PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir. Mətləb