"Neftçi"nin baş məşqçisi Ərəbistana gedir?

Rumıniyanın "Playsport" nəşri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf ilə bağlı son dərəcə vacib məlumat yayıb. Rumıniya nəşri idda edir ki, həmyerliləri Səudiyyə Ərəbistanının iki, Qətərin isə 1 klubundan təklif alıb. "Playsport" nəşrinin iddiasına görə, hazırda tərəflər arasında danışıqlar davam edir. Amma görünən odur ki, onsuz da gəldiyi gündən bu yana "ağ-qaralar"la heç bir uğur qazana bilməyən rumıniyalı mütəxəssisin Bakıdan ayrılmaması üçün heç bir səbəb də yoxdur.
Mətləb