
Məlum olduğu kimi futbol üzrə UEFA Çempionlar Liqasının finalı iyunun 10-da İstanbulda keçiriləcək. Artıq finalın iştirakçısı olan “Mançester Siti” və “İnter” klubları final qarşılaşması barədə müxtəlif fikirlər səsləndirirlər.
Sözsüz ki hər iki tərəf finalı qazanmaq üçün çalışacaqlarını bəyan edirlər. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola da Çempionlar Liqasının finalında "İnter"ə qarşı keçirəcəkləri matçdan danışıb. UEFA-nın saytına açıqlamasında ispaniyalı mütəxəssis qalib gəlmək üçün bütün güclərini ortaya qoyacaqlarını deyib:
“Siti"də olduğum müddətdə anladım ki, böyük oyunlardan əvvəl həyəcanlanmaq bizim üçün yaxşı deyil. İstanbula arzumuzu reallaşdırmaq üçün gedəcəyik. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq. İki il əvvəl bunu etmək şansımız var idi, keçən il finala çox yaxın idik. İndi biz yenidən buradayıq və bütün gücümüzü verəcəyik".
Mətləb