01/10/2023 18:38
728 x 90

Ərəbistan Fondu 4 klubu satın aldı

img

İngiltərənin "Nyukasl" klubunun sahibi olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) ölkənin dörd TOP klubunu aldığını elan edib.

Bu haqda məlumat qurumun rəsmi Tvitter hesabında yayılıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad", "Əl-Əhli", "Əl-Nəsr" və "Əl-Hilal" klubları fondun nəzarətinə keçib. Klublar ayrıca şirkətə çevrilib. Onların hər birində PIF-in payı 75 faiz təşkil edir.

"Dörd klubun alınması bir çox idman növləri üzrə investisiyalar, tərəfdaşlıq və sponsorluqlar da daxil olmaqla müxtəlif kommersiya imkanları açacaq", - deyə PIF-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyri-rəsmi xəbərlərə görə, Dövlət İnvestisiya Fondunun dəstəyi ilə alınacaq məşhur futbolçular məhz bu 4 klub arasında bölünəcək. Həmin futbolçular 2030-cu ildə Misir və Yunanıstanla dünya çempionatına ev sahibliyi etmək istəyən Səudiyyə Ərəbistanının futbol səfiri qismində çıxış edə bilərlər.

MƏTLƏB

Peşə etikası

Son xəbərlər