
Keçən həftə əzəli rəqibi "Fənərbaxça"mı məğlub edərək çempionluq sevinci yaşayan "Qalatasaray"da artıq transfer işləri gündəmdədir. Bir sıra ulduz futbolçuları heyətinə cəlb etməklə UEFA Çempionlar Liqasında uğur qazanmağı hədəfləyən "cim-bom", həm də öz futbolçularına görə transfer təklifləri almağa başlayıb.
Keçən il Fransa çempionatından 1 milyon dollar müqabilində heyətinə qatdığı Saşa Böyük üçün "Qalatasaray" düz 17 milyon avroluq rəsmi təklif alıb. Hürriyet.com.tr saytının yazdığına görə, 21 yaşlılardan ibarət Fransa milli komandasının da şərəfini qoruyan futbolçu üçün İstanbul klubu 24 milyon avro transfer qiyməti müəyyənləşdirib. Futbolçunun özü isə futbolçu koryerasını İngiltərə çempionatında davam etmək istəyir.
Mətləb Salahov