İyunun 4-də öz meydanında "Fənərbaxça" ilə qarşılaşacaq "Qalatasaray"da hər şey ciddi nəzarət altındadır. Artıq növbəti çempionluğunu elan etmək üçün çalışan İstanbul klubu, bu axşam "Ankaragücü" ilə qarşılaşacaq. Rəqib meydanında keçiriləcək bu qarşılaşmada "cim bom" bir xal qazansa belə çempionluğunu elan etmiş olacaq.
Lakin baş məşqçi Okan Buruk futbolçularına son dərəcə ehtiyatlı olmağı, səbr və əzmlə mübarizə aparmağı tapşırıb. Fanatik.com.tr saytının yazdığına görə, axşamkı qarşılaşmada qələbə üçün meydana çıxacaq futbolçulara sarı və qırmızı vərəqələrdən uzaq durmaq tapşırılıb. Klub rəhbərliyi çempionatın son turundakı "Fənərbaxça" qarşılaşmasında da qələbə qazanaraq çempionluq şöləni yaratmaq istəyir.
Mətləb Salahov