10/06/2023 22:51
728 x 90

“Neftçi” Rusiyada “Zenit” və “Fənərbağça” ilə yarışacaq

img

Bir çox Avropa ölkələrinin rəsmi və qeyri-rəsmi olaraq Rusiyada keçirlən idman tədbirlərinə qatılmaqdan imtina etdikləri bir vaxtda Rusiyada futbol üzrə yoldaşlıq turniri keçiriləcək.

Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə Bakının "Neftçi" klubunun da iştirak edəcəyi dəqiqləşib. Bu barədə "Zenit"in baş direktoru Aleksandr Medvedev championat.com saytına açıqlamasında deyib. “İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik” - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, "Neftçi"  yay yoldaşlıq turnirində Moskva "Dinamo"sunu əvəzləyəcək.

Mətləb

Peşə etikası

Son xəbərlər