
Futbol üzrə İspaniya millisinin sabiq futbolçusu, “Barselona”nın əfsanələrindən sayılan Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.
Bu barədə gündoğan ölkənin klubu rəsmi saytında məlumat yayıb. İyulun 1-də, Yaponiya çempionatının 19-cu turunda “Hokkaydo” ilə görüş 39 yaşlı yarımmüdafiəçi üçün vida oyunu olacaq. Xatırladaq ki, təcrübəli futbolçu 2018-ci ildən bəri “Vissel Kobe”də çıxış edirdi.
Mətləb Salahov