
"Barselona" təcrübəli futbolçu Jordi Albanın mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb. Bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib. Kataloniya təmsilçisi 34 yaşlı müdafiəçiyə təşəkkür edib.
Alba 2012-ci ildən "Barselona"da oynayırdı. O, klubla 6 dəfə La Liqanın qalibi olub, 5 dəfə İspaniya kubokunu, 4 dəfə İspaniya Superkubokunun qazanıb. Alba həmçinin komanda ilə Çempionlar Liqası, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
MƏTLƏB