02/10/2023 02:09
728 x 90

6 FİFA açıqladı: "Biz 26-yıq"

img

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının rəsmi şüarını açıqlayıb. Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Şüarın adı "Biz 26-yıq" olub.

FİFA prezidenti Canni İnfantino deyib: “Biz 26-yıq. Bu, döyüş hayqırtısıdır. Üç ölkə və bütün qitələr bəyan edir ki, "biz birlikdə bütün dünyanı yarışa dəvət edirik. Tarixin ən böyük, ən yaxşı və ən əhatəli Dünya Kubokunu keçirməyə hazırıq”.  DÇ-2026 hər bir ev sahibi olan ölkəyə və hər bir iştirakçıya dünya çempionatlarının tarixinə öz səhifəsini yazmağa imkan verəcək. Bu unikal brend 2026-cı ilə doğru böyük addımdır".

Mətləb Salahov

Peşə etikası

Son xəbərlər