
"Barselona"nın yay transfer hədəfləri açıqlanıb. Məsələ burasındadır ki, Katalon klubunun baş məşqçisi Xavi Ernandes yayda 6 oyunçu transfer edilməsini istəyir.
İspaniyanın nüfuzlu "Mundo Deportivo" nəşrinin yazdığına görə, Kataloniya klubu transferlər üzərində işə başlamaq üçün La Liqadan təsdiq gözləyir.
Əvvəlcə "Barselona" müqavilələrini yenilədiyi oyunçuların mümkün satışları üzərində işləyəcək. Bunlar Ronald Arauxo, Qavi, Aleks Balde, Markos Alonso və Serji Robertodur.
NAMİQ