
Futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsində İsveçrə “Bazel”ini üstələyən “Fiorentina”, öz qələbəsi ilə Türkiyə futbol ictimaiyyətini sevindirib.
Məsələ burasındadır ki, “Bazel”in məğlub olmasından sonra İsveçrənin avrokuboklarda heç bir komandası qalmır və bu o deməkdir ki, İsveçrə UEFA reytinqində qardaş Türkiyədən önə keçmək şansını itirib. “Bazel”in məğlubiyyətindən sonra Türkiyə 12-ci yerdəki mövqeyini qoruyub. Bu isə Türkiyə klublarının avrokuboklarda iştirakı baxımından çox önəmlidir. Çünki 2024-2025 mövsümündən başlayaraq futbol üzrə Türkiyə Kubokunun sahibi olan komanda artıq Avropa Liqasında pleyy-of mərhələsindən mübarizəyə başlayacaq. Türkiyə çempionatında üçüncü yerin sahibi isə Konfrans Liqasında deyil, UEFA Avropa Liqasında mübarizə aparacaq
Mətləb Salahov