İtaliyada təbii fəlakət artıq idman tədbirlərini də “vurmağa” başlayıb. Məsələ burasındadır ki, Emiliya-Romanya bölgəsində leysan yağışları nəticəsində baş vermiş güclü sel və daşqınlardan sonra minlərlə sakin təxliyə olunub.
Təbii fəlakət nəticəsində 9 nəfərin ölüb.
Xarici KİV-lərin yazdığına görə İtaliyanın mülki müdafiə naziri Nello Musumeçi vurğulayıb ki, təbii fəlakətlə bağlı bazar günü İmolada keçirilməsi nəzərdə tutulan Formula 1 yarışı da təxirə salınıb.
NAMİQ