Bu axşam UEFA Avropa Liqasında finalçıların adına aydınlıq gələcək. İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini öz meydanında sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.
Yarımfinalın digər cavab oyunda isə İtaliyanın “Roma” klubu Almaniyada "Bayer"lə qarşılaşacaq. “Bay Arena”da keçiriləcək oyun sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk görüşdə "Roma" qələbə qazanıb - 1:0.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
ZÜMRÜD