Rafiq Hüseynov erməniyə qalib gələrək Tokioda Azərbaycana 3-cü bürünc medalı qazandırdı

img

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda matçda Ermənistandan olan rəqibi Karapet Çalyana qalib gəlib.

Trend-in məlumatına görə, R.Hüseynov 77 kiloqram çəki dərəcəsində 4-1 hesabı ilə rəqibini üstələyib.

Bu, Azərbaycanın Yay Olimpiya Oyunlarında qazandığı 3-cü bürünc medal olub.

Bundan əvvəl, cüdoçu İrina Kindzerskaya və boksçu Loren Alfonso Dominges bürünc medalla mükafatlandırılıb.

Son xəbərlər