Bazar ertəsi günü, 24 avqust 2026
     

İdmançılarımızın Tokioda silsilə uğursuzluğu davam edir - rəsmi münasibət isə hələ yoxdu...

Image


İyulun 23-dən Azərbaycan xalqının gözü yolda, qulağı səsdədir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən milli komandamız medal qazanacaq. Artıq beş gündür ki, Tokio Olimpiyadası başlayıb, amma çox təəssüflər olsun ki, bu günlər ərzində Azərbaycanın milli komandasının üzvlərinin yarıdan çoxu uduzub və mübarizəni dayandırıblar, ortada bir dənə də olsun medal yoxdur.

İdmançılarımızın bu şəkildə ard-arda uduzması sözün həqiqi mənasında bizə mənfi təsir edir. Dövlət qayğısı ilə tam olaraq əhatə olunan milli komadamızın üzvlərinin biabırçı şəkildə uduzması bir sıra sualların meydana çıxmasına səbəb olur. İdmançılarımızın yarıdan çoxunun mübarizəni dayandırması  tamaşaçılarımızı çox məyus edir. Amma indiyə qədər nə Gənclər və İdman Nazirliyi, nə Federasiyalar, nə də digər məsul şəxslər çıxıb vəziyyətlə, məğlubiyyətin səbəbləri ilə bağlı izahat vermək istəmir. Ortada hələ də bir dənə rəsmi açıqlama yoxdur ki, orada məğlubiyyətin səbəblərinə aydınlıq gətirilsin, izahat verilsin.

Ekspertlər deyir ki, bəzi idman rəsmiləri qeyri-rəsmi olaraq baş verənlərin səbəbini pandemiyada gördüklərini deyirlər. Başqa ölkələrdə pandemiya yox idi, təkcə bizdə var idi ki?

Gənclər və İdman Nazirliyi, nə Federasiyalar, nə də digər məsul şəxslər nə üçün indiyə qədər idmançılarımızın ard-arda düçar olduqları məğlubiyyətin səbəblərinə izah verməyiblər?

  • Aydın Bağırov: “Hansısa izahatların verilməsi artıq arxada qalan uğursuzluqları nə sığortalayacaq, nə də bizə medal gətirəcək”

Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov “Bakı-Xəbər”ə bildirdi ki, indiyə qədər adları qeyd edilən rəsmi qurumlar tərəfindən məğlubiyyətin səbəblərinə ayrınlıq gətirilməməsi sırf texniki məsələdir: “Hansısa izahatların verilməsi artıq arxada qalan uğursuzluqları nə sığortalayacaq, nə də bizə medal gətirəcək. Deputat Rauf Əliyev məğlubiyyətin səbəblərini pandemiya ilə bağlayır. Amma məsələ burasındadır ki, pandemiya ilə üzləşən təkcə biz olmamışıq, olimiyadada iştirak edən hər bir ölkə pandemiya ilə üzləşib, o cümlədən də Azərbaycan komandası. Ümumiyyətlə gedişat göstərir ki, Azərbaycan milli komandasının bəzi növlər üzrə yaxşı hazırlıq keçirilməyib.

Məsələn, cüdo komandası yaxşı hazırlıq keçib, onlara şərait yaradılıb, amma indiyə qədər 9 idmançımızdan 6-sı uğurlu nəticə göstərə bilməyib, faktiki olaraq komanda medalsız qalıb. İdmançıların özünün hazırlığı ilə yanaşı psixoloji hazırlıqları da zəif olub.  Orada baş məşqçi legonerdi, ukraynalıdır, onun da işi heç görünmür, burada problem var. Eyni zamanda boksda da eyni şeyləri görürük. Başqa idman növlərində də bunu müşahidə edirik. Bayaq qeyd etdiyim kimi problemin kökü bəzi idman növləri üçün hazırlığın yüksək səviyyədə olmamasında, bəzi idman növlərində isə hazırlıq yaxşı səviyydə olsa da, daxildə, federasiyada işlərin yaxşı qurulmaması ilə əlaqədardır”.

Amma bununla belə ümumi nəticəyə ümidsiz olmadığını deyən A.Bağırovun sözlərinə görə, hesab edir ki, medalımız olacaq, amma bu medalın qızıl olub olmayacağı sual yaradır. “Buna getdikcə ümidlərim bir az azalır. Çünki bizim həmişə qızıl medala ümidimiz güləş komandalarına, yunan-roma və sərbəst güləş komandalarına olub. Olimpiya oyunlarına qədər də, bu ilki və keçən ilki yarışlarda həmin növlər üzrə nəticələrdə ciddi problemlər olub. O nəticələr də ki, hələlik olimpiya oyunlarında qızıl qazanmağa ümid vermir...”

  • Azər Həsrət: “Bu uğursuzluğun səbəblərini izah etmək rəsmi qurumlar üçün asan məsələ deyil, amma izah verilməlidir”

Siyasi şərhçi Azər Həsrətin fikrincə, uğura sahib olan çox olar, uğursuzluq yetim olar. “Azərbaycan idmançıları Tokio Olimpiyadasında ard-arda uğursuzluqlara düçar olublar. Təbii ki, bu uğursuzluğun səbəblərini izah etmək rəsmi qurumlar üçün asan məsələ deyil, amma izah verilməlidir. Yəni milli komandamızın əvvəlki olimpiyadalarda iştirakını nəzərə alsaq və hər yeni olimpiyadada Azərbaycan idmançılarının daha artıq medal qazandığını xatırlasaq, əlbəttə indi çox acınacaqlı durumdayıq. Ona görə də, sizin sualınıza cavab verəcək bir təmsilçi tapa bilmirsiniz. Yəni nə deyəcəklər, nəyi izah edəcəklər, məğlubiyyətlərin səbəbini necə əsaslandıracaqlar? Bu suallara cavab vermək asan deyil. Pandemiya təkcə bizdə deyil ki, dünyanın hər yerində var, dünyanın hər yerində də idmana və idmançılara təsirini göstərib. Heç kim onu bəhanə etməməlidir. İkinci bir tərəfdən Gənclər və İdman Nazirlər Nazirliyində əvvəllər Səmayə Məmmədova ictimaiyyətlə əlaqələr şöbəsində idi, mətbuatla işləyirdi, onu istənilən saatda tapmaq və açıqlama almaq olurdu. Amma açığı bilmirəm indi Gənclər və İdman Nazirliyində bu işlərlə kim məşğul olur. Yəni həlilik tanımırıq, tanımırıqsa onun necə işləməsi ilə bağlı fikir bildirə bilmərik. İdman federasiyalarına gəlincə, əlbəttə onlar özləri açıqlama verməlidirlər ki, niyə bu uğursuzluqlar ard-arda gəlir, niyə Azərbaycan idmançıları heç bir uğur qazana bilmir. Yəni bunun izahı verilməlidir”.

A.Həsrət eyni zamanda bildirdi ki, milli komandadakı legionerlərdən imtina etmək lazımdı, Azərbaycan Kubadan, başqa ölkələrdən idmançıları cəlb edir, onlara vətəndaşlıq verib bizim milli komandanın tərkibində yarışlara göndərir: “Legionerlər bizim nəyimizə lazımdır? Biz azərbaycanlı idmançı yetişdirməliyik. Yəni uşaqlıqdan insanlarımızı idmana alışdırmalıyıq və gedib bu cür yarışlarda Azərbaycan adından çıxış etməsini təmin etməliyik. Təəssüflər olsun ki, bir çox idman növündə Azərbaycan adına Azərbaycana dəxli olmayan adamlar çıxış edir. Bu da ondan xəbər verir ki, ortada yeyinti var. Çünki legionerlərlə müqavilə bağlanılır, onlara külli miqdarda pul ödənilir, yəqin ki, ortalıqda bir sövdələşmə də olur. Ona görə bizimkilər xarici idmançılara bu qədər həvəs göstərirlər. Mənə elə gəlir ki, Azərbaycan dövləti artıq o legionerlər söhbətini birdəfəlik qapatmalıdır. Azərbaycanlı yetişdirə bilmiriksə heç o yarışlarda iştirak etməyək. Mənim nəyimə lazımdır ki, kubalı gəlib Azərbaycanın adından iştirak edir, günün birində də öz ölkəsinə gedəcək. Onun bizim millətimizə nə dəxli var, millətimizin sağlamlığının inkişafına nə dəxli var. Heç bir dəxli yoxdur...İzaha gəlincə, izah vermək çətindi”-deyə A.Həsrət qeyd etdi.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin təmsilçisi Qabil Mehdiyev Tokioda olduğu üçün nazirliyin mövqeyini öyrənə bilmədik.    

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 12:29
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

23.08.2026 / 18:03
Azərbaycan–Özbəkistan müttəfiqliyinin qarşısında böyük perspektivlər açılır...

23.08.2026 / 17:14
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalandı

23.08.2026 / 17:11
Prezident İlham Əliyev: "Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub"

23.08.2026 / 17:08
"Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir" - Prezident

23.08.2026 / 16:39
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTO/YENİLƏNDİ

23.08.2026 / 16:30
Daşkənddə Prezident İlham Əliyevin Mirziyoyevlə təkbətək görüşü olub - FOTO

23.08.2026 / 16:07
Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - SƏRƏNCAM

23.08.2026 / 16:01
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23.08.2026 / 15:57
Füzulidə “Dostluq bağı”, Mirzə Uluqbəy məktəbi - Azərbaycanla Özbəkistanın qardaşlığının hələ çox simvolları olacaq…

23.08.2026 / 15:44
Azərbaycan-Özbəkistan Regionlararası Forumu 4-cü mərhələdən keçir - Arxada nələr qalıb?...

23.08.2026 / 15:01
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

23.08.2026 / 14:29
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar - FOTO

23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - VİDEO

23.08.2026 / 14:17
"Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır" - Hikmət Hacıyev

23.08.2026 / 13:46
Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib - FOTO

23.08.2026 / 13:17
Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında prezidentlərin şəxsi münasibətlərinin rolu

23.08.2026 / 13:05
Prezident İlham Əliyevin Özbəkistana səfəri başlayıb - FOTO/VİDEO

23.08.2026 / 12:35
Vuçiç konstitusiyanı dəyişib yenidən prezident olmaq istəyir - Serbiya spikeri hər şeyi açıb tökdü…

23.08.2026 / 11:48
Sidney Marafonu təşkilatçılarının səhvi sosial mediada açıldı - medallara səhvən Münhen stadionunun şəkli vuruldu…

23.08.2026 / 11:20
Tramp: "Kanada ABŞ ştatı olmadan üstünlüklərdən faydalanmaq istəyir"

23.08.2026 / 10:15
Zaxarova alman mediasını hədəf aldı - öz problemlərinizlə məşğul olun…

23.08.2026 / 09:47
Vergi uçotu ilə bağlı 10 min dollarlıq limit bu gündən qüvvəyə mindi

23.08.2026 / 09:22
Bakıda işlədikləri şirkəti soyan şəxslər tutuldu

23.08.2026 / 08:48
Qazaxıstanda Qurultaya seçkilər keçirilir

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ