Erməni diasporunun Paşinyanın “məxməri inqilabı” nəticəsində Ermənistana böyük həvəslə sərmayə yatırmağa başlayan üzvləri bu ölkənin banklarından pullarını çıxarmağa başlayıb.
Bu barədə sözügedən ölkənin “Jamanak” qəzeti yazıb. Qəzet bildirir ki, artıq diaspor arasındakı “inqilab eyforiyası” özünün məntiqi sonluğuna çatıb və o üzdən ABŞ və Avropadan buraya böyük həvəslə gəlmiş diaspor üzvü erməni iş adamları pullarını geri çəkib gəldikləri yerə geri dönməyə qərar veriblər.Halbuki, bütün ölkədə "Spyurk" investisiyasının bu ölkəyə axacağı, nəticədə ölkənin 20 ildən çoxdur çabaladığı bataqlıqdan qurtulacağına böyük ümidlər vardı. Ən böyük diaspor təşkilatı olan "Spyurk"un isə ölkədən getməyə qərar verən ilk təşkilat olduğunu elə adıçəkilən qəzet yazır və bunun təəccüblü olmadığını bildirir: axı iş adamları hər şeydən öncə maliyyəni hesablamağı gözəl bacarır.
”Diaspor üzvləri artıq Paşinyan Ermənistanını tərk edir”- yazan qəzet bu toplumda böyük məyusluq yaşandığını, sərmayələrin isə geriyə axmağa başladığını yazır.
SAMİRƏ