Dərdli dərdlini daha yaxşı anlayar deyiblər.
Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri və üzvləri Xocalı soyqırımının ildönümü münasibətilə paytaxtımızda olublar.
1995-ci il faciəsində bütün yaxınlarını itirən anaların Xocalı soyqırımının dəhşətləri haqqında eşitdikcə gözlərindəki və ruhundakı ağrını görmək gərəkdi: bu, əslində göz yaşı içində görüş idi. Balasız analarla anasız balaların görüşü... Göz yaşı içərisində görüş... Onları Bakıda görüşdükləri insanlarla – şəhid ailələri, övladları, Xocalı soyqırımında hər iki valideynini itirən “25”lərlə də qan deyil, göz yaşı qohumluğu birləşdirirdi. Sən demə, göz yaşı qohumluğu insanları bir-birinə qan qohumluğundan da daha sıx birləşdirirmiş....
Qeyd edək ki, bütün işlər “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyəta keçirilib.
AzEdu.az