Bakının Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, fevralın 26-sı səhər saat 8 radələrində bu barədə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub və yanğın tez bir zamanda lokallaşdırılaraq, onun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata görə, yanğın ərazidəki anbarlardan birinin dam örtüyündə baş verib.