Bu gün Xocalı faciəsinin 27 ili tamam olur.
Yaşadığımız dəhşətli faciədən ötən heç də az olmayan müddət ərzində bu müdhiş həqiqətin dünyanın kar olmuş qulaqlarına çatdırılması üçün xeyli işlər görülüb və görülməkdədir.
Faciənin ildönümü qardaş Türkiyədə özünəməxsus tərzdə qeyd edilib. Belə ki, burada kütləvi qırğını, soyqırımı imitasiya edən fləşmob təşkil olunub.
Allah Xocalıda və ümumən torpaq uğrunda canını fəda edən soydaşlarımıza rəhmət eləsin...