"Bunun qədər özündın razı adam görməmişəm..."
Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan Paşinyanla münasibıtlərindən danışıb.
O deyib:"Paşinyanı mənim mənəvi oğlum, məni onun xaç atası hesab edənlər yanıllr. 90-cı illərdən 2000-ci ilədək o mənim tənqidçim olub. 2006-cı ildə mənim seçki qərargahıma daxil oldu. 2008-ci il prezident seçkilərində fəal iştirak etdi. 2012-ci ildə bizim milli konqresdən deputat seçildi. 2014-cü ildə Milli Konqres - Çiçəklənən Ermənistan - İrs əməkdaşlığı başlayanda bizi tərk etdi. Ona məsləhət verməyim barədə deyilənlər də düz deyil. Bunu deyənlər Paşinyanı yaxşı tanımlr. Mən onun qədər müstəqil və özünəgüvənən adam görməmişəm. Onunla cəmi bir dəfə - 2018-ci ildə görüşdük."
Ramil QULİYEV