“Moskvaya gəldiyimdə qalmağa yerim yoxdu. Jurnalist İradə Zeynalova mənə öz evində yer verdi...”
Bu sözləri RT kanalının baş redaktoru Marqarita Simonyan özünün Teleqram səhifəsində yazıb. Azərbaycanlı jurnalist İradə Zeynalova ilə “rəfiqə” olduğunu yazan Simonyan ona göstərilən insanlığın qarşılığında isə elə məhz erməniyə xas qədirbilməzlik nümayiş etdirib. Qeyd edib ki, “rəfiqəsi” İradənin “hərbi jurnalistə ərə getmək kimi bir ənənəsi var”. Misal olaraq isə xanım jurnalistin həyat yoldaşı, Birinci kanalın hərbi müxbiri Aleksandr Yevstiqneyevi göstərib. Biz Yevstiqneyevin İradə xanımın birinci və ya ikinci həyat yoldaşı olduğunu bilmirik və bu bizi ilgiləndirmir də. Çünki şəxsi həyat insanların özünə aiddi, ləyaqətli insan isə başqasının çirkli camaşırlarını eşələməz. Burada vurğunu məhz yaxşılığa yamanlıq prinsipi, ya da prinsipsizliyi göstərən Simonyanın hərəkətinə edirik. Axı, yaşamağa yerin yoxdursa, birisi təmiz ürəklə sənə evinin qapısını açırsa, sən buna yalnız minnətdar olmalısan, təbii, ləyaqətli insansansa!
Görünür, Marqarita Simonyanda da, digər hay qardaşlarında olduğu kimi, erməni xisləti bütün dəyərlərin üstündədir. Nə demək olar? Bu bizdən ötrü təzə xəbər deyil ki...
SAMİRƏ