“Qazprom Rusiya”nın törəmə şirkəti olan “Qazprom Ermənistan” kütləvi ixtisarlara başlamağa qərar verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin “Jamanak” qəzeti xəbər yayıb. Xəbərə görə, şirkət 1200-1500 işçisini ixtisar etməyi planlaşdırır. İxtisarların həm dövlət orqanlarında, həm də özəl sektorda getdikcə artdığını yazan qəzet xüsusilə özəl sektorda bunun səbəbini vergilərin çoxluğu ilə izah edir. “Analoji situasiya bir sıra digər təşkilatlarda da yaranıb. Məsələ burasındadır ki, bu şirkətləri işçiləri qanuni şəkildə qeydiyyatdan keçirməyə vadar edirlər, bu isə müəssisələrin üzərinə böyük məbləğdə vergi yükü qoyduğundan, onlar işçiləri ixtisar etməklə bu yükdən xilas olmağa çalışır”- deyə qəzet yazır.