Cümə axşamı günü, 15 oktyabr 2026
     

Mətbuatın günü, Aslanın “dərdi” və ya BİZ NİYƏ “SATILDIQ”?

Image


Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı tətbiq edəcəyi yeni qaydalar barədə ötən yazılarımızın birində söhbət açmışdım.  Növbəti dəfə də bu mövzuya toxunmaq zərurəti yarandı. Konkret səbəbini aşağıda biləcəksiniz…

Ümumiyyətlə, media adamı olaraq KİVDF-nin yeni mərhələ üçün müəyyənləşdirdiyi prioritetləri maraqla qarşılayır və bu xüsusdakı gedişatı diqqətdən kənarda qoymamağa çalışıram. Hər halda söhbət bilavasitə taleyimizi bağladığımız sahədən və bu sahədə gözlənilən dəyişikliklərdən gedir. Biganə qalmaq, quru müşahidələrlə kifayətlənmək olmur…

Etiraf etməliyik ki, KİVDF-nin yaradılması ilə dövrün mürəkkəb sıxıntılarına tab gətirməkdə çətinlik çəkən yazılı medianın “dizinə” təpər, “qollarına” taqət gəldi. Olmasaydı, yaradılmasaydı qəzetlərin əksəriyyəti bu günümüzə gəlib çıxa bilməyəcəkdi. Başqa sözlə, dövlət çap mediasının tamamilə sıradan çıxmasına imkan vermədi, bataqlıqdan çəkib çıxararaq hamar yola qədəm qoymasına şərait yaratdı. Onu da nəzərə almaq lazımdır ki, 10 il əvvəl internet media kəmiyyət və keyfiyyət baxımından bugünkü səviyyədən çox-çox aşağı göstəricilərə malik idi və heç bir halda alternativ iş yeri – gəlir ünvanı rolunu oynaya bilməzdi. Deməli, həmin dövrdə qəzetlərin sıradan çıxması təbii olaraq həm də jurnalistlərdən ibarət işsizlər ordusunun yaranmasına gətirib çıxaracaqdı. Məhz KİVDF-nin yaradılması ilə bu arzulanmaz halın qarşısı alındı.  Təkcə bumu?..

Daha geniş aspektdən yanaşsaq, deyə bilərik ki, KİVDF-nin meydana gəlməsi ilə funksiyasını tamamilə dəyişmiş mətbuatın özünəqayıdışı təmin olundu. Buna qədər jurnalistlərdən siyasi proseslərdə alət kimi istifadə olunur,  KİV əməkdaşları bəzən mitinqçiyə, bəzən piketçiyə, bəzən də döyüşçüyə çevrilirdilər. Yaranmış yeni şərait jurnalistləri partiyalara xidmət göstərmək, media mənsubundan daha çox “mücahid” kimi davranmaq məcburiyyətindən azad etdi – Hər kəs öz işilə məşğul olmağın zövqünü yaşamağa başladı. Bundan başqa, xarici qapılardan qrant ummağa da ehtiyac qalmadı və beləliklə xüsusi məqsədlərə hesablanmış, dolayısı ilə dövlətə qarşı qurulan oyunlara medianı cəlb etmək kimi proqramlar tədricən sıradan çıxdı… Əvəzində nə baş verdi? Bəli, hamının bildiyi – qəzetlər dövlət dəstəyi ilə əhatələnib davamlı və sistemli fəaliyyət formasına keçid etməyə müvəffəq oldular.  Beləcə dünənə qədər hanısa partiyadan, hansısa təşkilatdan aylarla pul gözləyən redaksiyalarda stabil və dayanıqlı qonorar-məvacib sistemi formalaşdırıldı. Birdəfəlik yardımlar, redaksiya layihələrinin dəstəklənməsi, fərdi yazı müsabiqələri isə jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasında böyük rol oynadı.  İndi tam əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatının təmsilçiləri bu gün həkimdən də, müəllimdən də, alimdən də çox məvacib alır.

Əldə olunan gəlirin kirayə haqlarının ödənilməsinə yönəldilməsinə də artıq ehtiyac qalmayıb. Evsizlikdən əziyyət çəkən media mənsublarının böyük əksəriyyətinə mənzillər hədiyyə olunub və bu proses davamlı xarakter daşıyır. Bir vaxtlar jurnalistlərin xəyal belə etmədiyini dövlət reallığa çevirib, yüzlərlə media mənsubunu nə vaxt bitəcəyi bilinməyən ağır bir qayğıdan azad etdi.

Hə, bu prosesə kölgə salmaq məqsədilə, “jurnalistlər satıldı” kimi axmaq iddilarla çıxış edənlər də var. Bu o adamlardılar ki, xarici kəşfiyyat orqanlarına işləməyi dövlətə xidmət göstərməkdən üstün tuturlar. Onların gözündə “anası-dədəsi” bilinməyən hansısa beynəlxalq təşkilatlardan pul alıb sifariş yerinə yetirmək “qəhrəmanlıqdır”, amma HƏR HANSI ÖHDƏLİYƏ İMZA ATMADAN öz dövlətindən məzil hədiyyə almaq “satqınlıq”.  Onlar hesab edirlər ki, jurnalistlər hakimiyyətə düşmən kəsilməli, hər hansı müsbət təzahürə diqqət yetirməməli, ölkəni ancaq və ancaq qara rəngdə təsfir etməlidirlər. Bunların düşüncəsində xarici mərkəzlərdən ötürülən vəsaitlə mənzil almaq, maraqları təmin olunmadığına görə dövlətimizə qarşı hikkəli davranan təşkilatlara hərbi sirlər kateqoriyasına aid informasiyaları belə ötürməyə hazır olmaq normal haldır, amma, KİVDF-nin və dövlətin ayrı-ayrı qurumlarının təşkil etdiyi müsabiqələrdə iştirak etmək “xəyanətdir”. Kimə xəyanət etdik? Məsələn, mənim siyasi mənusbiyyətim yoxdur, kiminsə qarşısında da sədaqət andı içməmişəm. Bu gün olduqca sərbəst şəkildə öz işimlə məşğulam. Rahatam, azadam, kimsə işimə müdaxilə etmir, belə yaz, elə yaz demir, nəyi necə görürəmsə, o şəkildə də qələmə alıram. Hansısa sahədə problem qabarırsa, çatışmazlıq müşahidə olunursa, yazırıq. Kiməsə qarşı ədalətsizlik varsa, buna yol verənin üstünə gedirik. Zərurət yarananda naziri də, komitə sədrini də, deputatı da, səfirləri də tənqid edirik. Bəli, mən də dövlətdən ev almışam. Səhhətimdə ciddi problemlər yaranıb, ölümlə üz-üzə qalmışam, köməyimə cənab Prezident gəlib. Göydə Allah, yerdə məhz onun sayəsində bu gün həyatdayam. Amma vallahi-billahi buna görə kimsə məndən qarşılıq tələb etməyib, qarşıma öhdəlik qoymayıb. Ümumiyyətlə, bu gün bəzilərinin “xəyanətkar davranış” kimi qiymətləndirdiyi pisi də, yaxşını da yazmaq gərəkliyinin təməli evlərin verilməsindən çox-çox əvvəl qoyulub. Oturub düşünmüşük, baş verənləri təhlil etmişik, yaşadıqlarımızı götür-qoy edib anlamışıq ki, siyasi oyunlarda istifadə olunur, jurnalistikadan başqa hər işlə məşğul oluruq. Dərk etmişik ki, bizim işimiz yazı yazmaqdır, mitinqlər üçün şüar yazmaq, adam toplamaq yox. Olanları, keçənləri bir-bir göz önünə gətirib qətiləşdirmişik ki, mətbuat nümayəndələri adı altında potensial ixtişaşçı, təxribatçı yetişdirmək istəyənlərin oyunlarında rol almamalıyıq. Siyasətlə siyasətçilər məşğul olmalıdır. Heç bir siyasi iddiası olmayan jurnalist kimlərinsə hakimiyyət uğrunda mübarizəsində niyə qələmini süngüyə çevirməlidir? Niyə jurnalistin fəaliyyətini hansısa partiya sədri tənzimləməlidir? Niyə mətbuat nümayəndəsi qonum-qonşusunu, qohum-əqrabasını mitinqlərə cəlb etmək kimi öhdəlik daşımalıdır?.. Nədən biz hakimiyyəti “azad sözü boğmaqda” suçlayanların tam bir despot davranışlarını sinirməliydik?.. Bax, bu suallara cavab tapdıqca jurnalistika ilə məşğul olmaq kimi “xəyanət yolunu” tutası olduq. Evin məsələlərə heç bir dəxli yoxdur!

Əlbəttə, KİVDF-nin yaradılması jurnalistləri küçələrə salıb, “İstefa” qışqırdanların maraqlarına cavab vermirdi. Qəzetlərdən “boyevıye listovki” kimi istifadə edən, redaksiyaya partiyasının rayon təşkilatı kimi yanaşanlar, medianın özünəqayıdışını həzm edə bilmir, bu prosesin mahiyyətini təhrif edərək cəmiyyətdə yalnış rəylərin formalaşmasına çalışırdılar. Başqa reaksiyalar da gözlənilmirdi – jurnalistlərdən ibarət  “partizan dəstələri” əldən çıxır, mətbuat üçün yeni səhifə açılırdı. Özünü çağdaş dövrün “Zərdabisi” hesab edən, lakin prosesdən kənarda qalıb, “niyə biz yuxarı başda deyilik” hikkəsinin təsiri altına düşənlər də KİVDF-nin mətbauta az qala fəlakət gətirəcəyinə dair çeşidli fikirlər yaymağa başladılar. Amma zaman göstərdi ki, dövlət KİV-ə dəstək fondunu yaratmaqla əslində sıradan çıxmaqda olan print medianı həyata qaytardı. İndi biz əminliklə deyə bilərik ki, 10 il əvvəl atılmış bu addım olduqca əhəmiyyətli idi. O başqa məsələdir ki, bəzi qəzetlər yaranmış fürsətdən lazımınca istifadə etməyi bacarmadılar. Fakt odur ki, dövlət hamı üçün bərabər şərait yaratmışdı. Olmasaydı, biganəlik nümayiş etdirilsəydi, uzağı 2-3 qəzet birtəhər başını saxlaya biləcəkdi. Qalanları, elə 2009-da “canını tapşıracaqdı”… Bunu dərk etmək üçün dərin təhlil qabiliyyətinə ehtiyac yoxdur. Qərəzli olmamaq, şəxsi maraqlardan çıxış etməmək, “mənim olmadığım yerlərdə yaxşı heç nə ola bilməz” kimi yekəxana və ziyanlı yanaşmalardan uzaq durmaq kifayətdir ki, məsələlərə ədalətli qiymət verəsən.

Açıq deyəcəm, bu vaxta qədər KİVDF-dən bir manat da olsun vəsait almamışam. Heç vaxt layihə təqdim etməmişəm, fərdi jurnalist yazıları müsabiqələrində iştirakım olmayıb. Təsəvvür edin, bu 10 ildə bir dəfə də olsun məni KİVDF-nin təşkil etdiyi adi bayram ziyafətlərinə dəvət etməyiblər. İndi mən buna əsaslanıb qurumun gördüyü işlərə kölgə salım? Vicdansızlıq, Allahsızlıq olmazmı? Dövlət tamamilə məhv olmaqda olan çap mediasını gözümüzün qarşısında dirçəldibsə, mətbuatımız son 10 ildə kifayət qədər ciddi inkişaf göstəriciləri əldə edibsə, jurnalistlərin sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıbsa, bunu inkar etmək, görülən işləri qiymətləndirməmək ədalətsizlik deyilmi?  “KİVDF 20 qəzetin fəaliyyətini dayandırdı” kimi əsassız iddialarla məsələlərin məhiyyətini təhrif edənləri necə qınamayasan? Yaxşı, aşağı-yuxarı mətbuata dəxli olan adamların çığallığını haradasa başa düşürük. Bəs saçı-başı ağarmış, amma sosial şəbəkələrdəki balaca-balaca uşaqların davranışı sayaq yüngül hərəkətlərə yol verən vəkil Aslan İsmayılovun mətbuata “ağı” deməsini necə qəbul edək? Yetənə yetib, yetmədiyinə də daş atan, ağır oturub batman gəlməli olduğu yaşında öz urvatına qənim kəsilərək şou-biznes nümayəndələri kimi ancaq qalmaqallarla gündəmə gəlməyə çalışan bu adama mətbuatın soyuğundan nə, istisindən nə? Görünür mətbuatdan əvvəlki qaydada istifadə edə bilməməsi İsmayılovu əməllicə narahat edir. Elə mətbutdan oxuyuruq ki, bu adam iddiaçı tərəfin nümayəndəsi olanda cavadeh tərəfə, savabdeh tərəfin nümayəndəsi olanda isə iddiaçı tərəfə qarşı qaralama kampaniyaları aparıb və bu işdə müxtəlif KİV orqanlarından istifadə edərək məsələləri məhkəmələrdən kənarda həll etməyə çalışıb. Məsələ aydındır: Yoldaş İsmayılov mətbuat kimi silahdan məhrum olunduğuna, əvvəlki kimi uydurmalarla dolu yazıları gizli şəkildə redaksiyalara ötürə bilmədiyinə görə nə KİVDF-ni bağışlaya bilir, nə də KİVDF-ni yaradanları. Adamın qərəzi sərhəd tanımır: maliyyələşmə şərtlərinin dəyişdilməsini ciddi cəhdlə “KİVDF qəzetləri maliyyələşdirməyə son qoydu” formalı sarsaq təqdimatlara çevirir, 60 yaşlı kişiyə yaraşmayan dıydıq statuslar paylaşır…  Baxırsan, oxuyursan və ahıllıq çağına qədəm qoymuş adamın ağır taxtalı davranışlardan uzaq düşüb şivənçiliyə alüdə olmasına görə təəssüflənirsən…

Aslan İsmayılov və onun kimilər nə deyirsə desin, mətbuatın son 10 ili məhz inkişaf mərhələsi kimi dəyərləndirilməlidir.  Uzun illər jurnalistlərdən “killer” kimi istifadə edənlər isə bu günkü reallıqlarla barışmaq məcburiyyətindədirlər.  

Mən hakimiyyətə gəlmək istəmirəm!

Azadam, sərbəstəm, öhdəlik daşımıram!

Pisi də, yaxşını da yazmağın komfortunu, qələmimə sığınmağın səadətini yaşayıram!

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ