Erməni saytlarının bu mövzuda daim təxribat xarakterli məlumatlar yaydığını həmişə görmüşük. Necə deyərlər, məlum erməni taktikasıdır: yalan xəbəri yayır, dərhal mötəbər Azərbaycan mənbələri xəbəri təkzib edir. Lakin ermənilər üçün belə xəbərlərin əyri-düz olması yox, təxribat xarakterli bu “dezi”lərin ilk effekti əsasdır.
Erməni saytlarının bu dəfə Rəşad Əlizadə kimi təqdim etdiyi Azərbaycan vətəndaşı barədə xəbəri də belə qarşılamalı olduq. Xəbərə görə, guya Azərbaycan vətəndaşı olan bu şəxs Azərbaycan torpaqlarında təcavüz hesabına yaradılmış qondarma rejimdən vətəndaşlıq istəyib. Beləliklə maraqlıdır, qondarma “DQR”-in qobdarma “XİN”-dən sığınacaq istəmiş Rəşad Əluzadə kimdir? Belə şəxs ümumiyyətlə varmı?
RAMİL